Zelenski: Korrupsiya iddialarında mənim iştirakım yoxdur
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Ofisinin əməkdaşlarının mümkün korrupsiya pozuntularına aidiyyəti olmadığını və bu məsələ ilə bağlı antikorrupsiya qurumlarının rəhbərlərindən ona heç bir irad bildirilmədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “24 Kanal” bu barədə məlumat yayıb.“Antikorrupsiya qurumlarının rəhbərlərindən mənə heç bir sual daxil olmayıb. Onlar yaxşı başa düşürlər ki, mən belə işlərlə məşğul deyiləm və bu, mənim üçün vacibdir”, - deyə Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna Milli Antikorrupsiya Bürosunun yaydığı materiallar Prezident Ofisinin rəhbər müavini İrina Mudranın vəzifədən azad edilməsi üçün kifayət qədər əsas olub. Zelenskinin sözlərinə görə, materiallarda qeyd olunan bəzi danışıqlar və hərəkətlər barədə o, ictimaiyyətlə eyni vaxtda məlumat əldə edib.
15:59 23.08.2026
Oxunuş sayı: 58