Krımda PUA hücumu sonrası itkilər açıqlanıb
Krım rəhbəri Sergey Aksyоnov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Krıma hücumu nəticəsində iki nəfər həlak olub, daha dörd nəfər, o cümlədən bir uşaq yaralanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Aksyоnov ölənlərin yaxınlarına başsağlığı verib və yaralananlara tezliklə sağalmalarını arzulayıb. O qeyd edib ki, region hakimiyyəti zərərçəkənlərə lazımi yardım göstərəcək.
23:59 20.08.2026
Oxunuş sayı: 52