Netanyahu Trampın nümayəndəsindən narazıdır
İsraildə ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın Türkiyə ilə bağlı mövqeyinə dair narahatlıqlar artır.
Crossmedia.az bu barədə “Ynet” nəşrinə istinadən xəbər verir.
Təl-Əvivdə hesab edirlər ki, Barak Ankara ilə bağlı mövqelərə həddindən artıq yaxındır və Suriyanın yeni regional nizam çərçivəsinə inteqrasiyasını dəstəkləyir.
İsrailli mənbə bildirib ki, Barak ABŞ-də Ərdoğanın və Suriya rejiminin maraqlarını irəli aparır və İsrailin maraqlarını nəzərə almır.
Mənbənin sözlərinə görə, İsrail Baş naziri Benyamin Netanyahu hesab edir ki, Donald Trampın Suriya Prezidenti Əhməd əş-Şara ilə bağlı mövqeyinin dəyişməsində və onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxınlaşmasında Barakın rolu olub.
22:25 20.08.2026
Oxunuş sayı: 57