İstanbulda Yaxın Şərq masası- Dörd ölkənin XİN rəhbərləri bir araya gəlir
Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin avqust ayında İstanbulda regional görüş keçirəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, “Türkiye” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, görüş zamanı Yaxın Şərqdəki vəziyyət, təhlükəsizlik və sabitlik məsələləri, münaqişələrin qarşısının alınması, eləcə də diplomatik tənzimləmə mexanizmlərinin gücləndirilməsi yolları müzakirə olunacaq.
Bildirilir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Darı İstanbulda keçiriləcək görüşə dəvət edib.
Qarşıdakı görüş dörd ölkə arasında diplomatik koordinasiyanın davamı olacaq. Daha əvvəl Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri Qahirədə görüşüblər.
14:03 20.08.2026
Oxunuş sayı: 60