Bu rayonda yağış əvəzinə dəmir tozu yağır: Sakinlər maqnitlə gəzir
Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda sakinlər havadan yağış kimi düşdüyünü bildirdikləri dəmir tozu səbəbindən gündəlik həyatlarında ciddi çətinliklərlə üzləşirlər.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediası bu barədə məlumat yayıb.
Sakinlərin sözlərinə görə, ətrafa yayılan və hər yerə nüfuz edən dəmir hissəcikləri xüsusilə narahatlıq yaradır. Onlar həmin hissəcikləri toplamaq üçün maqnitlərdən istifadə edirlər.
İddialara görə, dəmir tozunun rayon ərazisində fəaliyyət göstərən paslanmayan polad zavodundan yayıldığı ehtimal edilir.
Sakinlər bildirirlər ki, toz evlərə və digər ərazilərə yayılır, gündəlik işlərə mane olur. Hətta yemək yeməyin belə çətinləşdiyini deyən vətəndaşlar vəziyyətə etiraz ediblər.
“Yağış kimi üstümüzə dəmir tozu yağır”, - deyə sakinlərdən biri vəziyyəti təsvir edib.
16:16 19.08.2026
Oxunuş sayı: 59