ABŞ-Cənubi Koreya təlimlərində GÖZLƏNİLMƏZ QƏRAR
ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi “Ulchi Freedom Shield” hərbi təlimləri avqustun 21-də vaxtından əvvəl başa çatacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Təlimlərin vaxtından əvvəl dayandırılmasının səbəbi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
09:34 19.08.2026
Oxunuş sayı: 48