Çin ABŞ-dən dövlət başçısı üçün xüsusi istirahət şəraiti tələb edib
Çin dövlət lideri Si Cinpinin ABŞ səfəri zamanı istirahəti üçün proqramda daha çox vaxt ayrılmasını istəyib.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Pekin nümayəndələri ABŞ tərəfinə Si Cinpin üçün Vaşinqtona səfəri zamanı daha çox istirahət vaxtının nəzərdə tutulmasını xahiş ediblər. Nəticədə sammitin proqramında təxminən beş saatlıq fasilə yaranıb. Bu, iki gün davam edən səfər çərçivəsində ən uzun istirahət müddəti olub.
Çin tərəfinin əsas tələblərindən biri Si Cinpin üçün Ağ Evin Qərb qanadında ayrıca istirahət otağının ayrılması olub. Mənbələrin sözlərinə görə, həmin otağa yalnız onun həyat yoldaşı Pen Liyuanın girişinə icazə verilib.
Çin nümayəndə heyətinin digər üzvlərinin, hətta Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Si Cinpinin aparat rəhbəri Tsay Tsinin belə həmin “gözləmə otağından” istifadəsinə icazə verilməyib.
Qeyd edək ki, Si Cinpinin ABŞ-ə dövlət səfəri sentyabrın 23-dən 25-dək baş tutub. Bu, onun 11 ildən sonra Vaşinqtona ilk səfəri olub.
17:40 03.10.2026
Oxunuş sayı: 43