Kiyevdə etiraz aksiyası başlayıb- Səbəb
Kiyevdə Maydan meydanında Ukrayna hökumətinə qarşı aksiya keçirilib. Aksiyaya Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Aleksandr Todorovun çağırış etdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” Telegram kanalı bu barədə məlumat yayıb.
Etirazçıların əsas tələblərindən biri ölkədə sülhün mümkün qədər tez təmin olunmasıdır.
Məlumata görə, Todorov daha əvvəl ukraynalıları prezident Volodimir Zelenski və onun hakimiyyətinə qarşı etiraza çıxmağa çağırıb. Hərbçi hakimiyyətin ölkə əhalisinə zərər vurduğunu iddia edib.
Todorov 11 aylıq xidmət müddətində ilk dəfə məzuniyyətə çıxdığını, bundan əvvəl isə yaralandığını bildirib. Onun sözlərinə görə, hərbi hospitalda ona tibbi yardım göstərmək əvəzinə məzuniyyət almaq üçün rüşvət verdiyi ittihamı irəli sürülüb.
Qeyd olunur ki, Todorov Zelenskiyə qarşı etiraz aksiyasına çağırışından sonra Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.
17:22 03.10.2026
Oxunuş sayı: 45