Sel körpünü uçurdu, dağlıq əraziyə keçid çətinləşdi
Dağıstanın Gergebil rayonunda sel nəticəsində dağlıq ərazilərə gedən “Qırmızı körpü” uçub.
Crossmedia.az xəbər verir ki, “Shot” bu barədə məlumat yayıb.
Məlumata görə, Avar Koysu çayı üzərində yerləşən və respublikanın dağlıq rayonlarına keçidi təmin edən körpü yaz aylarından etibarən təmirdə olub. Körpünün uçmasına dağ çaylarında suyun səviyyəsinin kəskin artması səbəbindən yerli hidroelektrik stansiyadan suyun buraxılması səbəb olub.
Güclü su axını körpünün müvəqqəti dayaqlarının yerləşdiyi ərazini yuyaraq konstruksiyanın dağılmasına gətirib çıxarıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda mütəxəssislər ərazidə araşdırma apararaq körpüyə dəyən zərərin miqyasını qiymətləndirirlər.
Körpünün bərpasının uzun müddət çəkəcəyi təqdirdə, ərazidə müvəqqəti keçidin yaradılıb-yaradılmayacağı da müəyyənləşdiriləcək.
17:15 03.10.2026
Oxunuş sayı: 46