Azərbaycan cüdoçularının Bakı-2026-dakı ilk rəqibləri müəyyənləşib
Oktyabrın 3-də Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Crossmedia.az xəbər verir ki,Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq.
Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında mübarizə aparacaq.
Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatı 4–11 oktyabr tarixlərini əhatə edəcək.
Azərbaycan cüdoçularının ilk rəqibləri:
Qadınlar
-48 kq
1/32 final
Şəfəq Həmidova – Nataşa Razafindrakalo (Madaqaskar)
1/16 final
Könül Əliyeva – Mari Di Varqas Ley (Çili)
-52 kq
1/16 final
Gültac Məmmədəliyeva – Gefen Primo (İsrail)
-57 kq
1/32 final
Xədicə Qədəşova – Janar Joldoşeva (Qırğızıstan)
-63 kq
1/16 final
Hanna Zaytseva – Pey Çun Yuan (Tayvan) / Anna Kriza (Macarıstan) cütünün qalibi ilə
-70 kq
1/32 final
Südabə Ağayeva – Ai Tsunoda Roustant (İspaniya)
+78 kq
1/16 final
Madina Kaisinova – Asya Tavano (İtaliya)
Kişilər
-60 kq
1/16 final
Balabəy Ağayev – Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə
Əhməd Yusifov – Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi ilə
-66 kq
1/32 final
Turan Bayramov – Radu İzvoreanu (Moldova)
Nizami İmranov – Vaja Marqvelaşvili (Gürcüstan)
1/16 final
Ruslan Paşayev – Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibi ilə
-73 kq
1/32 final
Hidayət Heydərov – Akil Qyakova (Kosovo)
1/16 final
Rəşid Məmmədəliyev – Adil Osmanov (Moldova) / Castin Lemir (Kanada) cütünün qalibi ilə
-81 kq
1/32 final
Vüsal Qələndərzadə – Hristo Valkov (Bolqarıstan)
1/16 final
Zelim Tçkayev – Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün qalibi ilə
Ömər Rəcəbli – Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) cütünün qalibi ilə
-90 kq
1/32 final
Elcan Hacıyev – Aleksander Knauf (ABŞ)
Süleyman Şükürov – Kornelius Eylertsen (Norveç)
1/16 final
Murad Fətiyev – Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi ilə
-100 kq
1/32 final
Zelim Kotsoyev – Baymırat Majanov (Türkmənistan)
+100 kq
1/16 final
Uşanqi Kokauri – Emirxan Joldoşkazıyev (Qırğızıstan)
Kənan Nəsibov – Losseni Kone (Almaniya) / Vidak Malyeviç (Serbiya) cütünün qalibi ilə
Camal Qamzatxanov – Fransisko Solis (Çili)
Qarışıq komanda yarışı
1/16 final
Azərbaycan - Avstriya
18:22 03.10.2026
Oxunuş sayı: 39