Moskva Azərbaycanda üç rusiyalı jurnalistin axtarışa verilməsini şərh edib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşlarının açıqlamalarının Moskvanın Azərbaycana münasibətini əks etdirmədiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zaxarova qeyd edib ki, İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevin fikirləri heç bir halda Moskvanın Azərbaycana yanaşmasını əks etdirmir.
Onun sözlərinə görə, Rusiya zərurət yaranacağı təqdirdə öz vətəndaşlarının hüquq və maraqlarının müdafiəsini təmin edəcək.
Zaxarova həmçinin bildirib ki, Rusiya-Azərbaycan əlaqələri mövcud ikitərəfli müqavilə-hüquq bazası əsasında inkişaf etdirilməlidir.
Rusiya XİN sözçüsü Azərbaycan informasiya məkanında Rusiyaya qarşı dost olmayan narrativlərin mövcud olduğunu da iddia edib. O, informasiya fonunun yaxşılaşdırılması məqsədilə müvafiq məsləhətləşmələrin aparılacağına ümid etdiyini bildirib.
22:47 18.08.2026
Oxunuş sayı: 64