Ukraynadan Rusiyaya Qara dəniz təklifi: gəmilərə hücum dayandırılsın
Ukrayna Qara dənizdə mülki gəmilərə qarşı hücumların qarşılıqlı dayandırılmasını nəzərdə tutan razılaşma təklif edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb. Təklif üçüncü tərəf vasitəsilə Rusiyaya çatdırılıb və Kiyev Moskvanın cavabını gözləyir.
Məlumata görə, təşəbbüsün əsas məqsədlərindən biri Qara dənizdə taxıl ixracı üçün mühüm marşrutun yenidən açılmasına şərait yaratmaqdır. Son həftələrdə gəmilərə və liman infrastrukturuna qarşı hücumların artması Ukraynanın taxıl ixracını ciddi şəkildə azaldıb.
Təklif dünya ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda irəli sürülüb. Rusiya isə sonradan belə bir atəşkəs ideyasını rədd edərək, “yarımçıq tədbirlər” üçün əsas görmədiyini bildirib.
17:22 18.08.2026
Oxunuş sayı: 52