Gürcüstan azərbaycanlılar daxil 67 əcnəbini ölkədən deportasiya edib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlər keçirilən tədbirlər nəticəsində 67 xarici vətəndaşı ölkədən deportasiya edib.
Crossmedia.az xəbər verir ki, deportasiya olunanlar arasında Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka və Çin vətəndaşları da var.
Bildirilib ki, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qanunvericiliyə uyğun olaraq qadağa qoyulub. (Report)
10:49 18.08.2026
Oxunuş sayı: 56