Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur.
Crossmedia.az Report-a istinadla xəbər verir ki, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbi qulluqçusu baş leytenant Bəybala Bağırbəyli "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı deyib.
O bildirib ki, "İstiqlal" snayper tüfəngi döyüş əməliyyatlarında uğurla istifadə olunub:
"Silahın satışı məhduddur və az sayda ölkələrə satılır. Bu silah Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. Silahın çapı 14.5 mm-dir. Nişanalma məsafəsi mexaniki və optik nişangahla iki min metrdir. Silah lülə qutusu və lülədən ibarətdir".