Ekologiya

Günümüzdə ekoloji maarifləndirilmə yalnız bir meyl deyil, həm də cəmiyyətimizin davamlılığını təmin etmək üçün vacib bir məsuliyyətdir. İqlim dəyişikliyi, plastik tullantılar, təbiətin çirklənməsi kimi qlobal məsələlər artıq həyatımızın hər sahəsində öz təsirini göstərir. Ekoloji maarifləndirilmənin əhəmiyyəti, ekoloji problemlərin həlli üçün atılacaq addımlar və hər birimizin bu yolda oynadığı rol haqqında daha dərindən düşünməliyik. Məqsədimiz, daha yaşıl və daha sağlam bir dünya üçün hər kəsi öz hissəsinə düşən məsuliyyəti dərk etməyə və hərəkətə keçməyə təşviq etməkdir.

Mövzu ilə bağlı ekoloq, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli fikirlərini Crossmedia.az-a bildirib:

“Biz müstəqilliyimiz dönəmində, hansı mədəniyyəti yaratdıq? Ekoloji maarifləndirilməni yaratmaq və ətraf mühitə münasibəti yaxşılaşdırmaq üçün cəmiyyətimiz nə iş gördü? Xüsusən Bakı şəhərində cəmiyyət biganədir. Ayrıca siyasi iradələrin rolu önəmlidir. Həmçinin təhsil önəmlidir. Təhsildə hansı addımlar atıldı? Cəmiyyətin təbiətə rəftarına, təbiət cavabını daim verir. Cəmiyyətin fərdləri yetişdirməsi üçün təhsil mütləqdir. Bu barədə dəfələrlə mən deyirəm ki, bu təhsilli adımlar yalnız maarifləndirməyə yaxud mədəniyyətə bağlıdır.

 

“Biosfer” İctimai Birliyinin sədrinin fikirlərinə görə, uşaqların erkən yaşlardan təbiətə qarşı məsuliyyətli və həssas olmağı öyrənməsi, onların gələcəkdə daha şüurlu olmasını təmin edir:

“Fərdlərin ekoloji şüurunu artırmaq üçün əsas olan kültür, mədəniyyət və təhsildir. Biz ibtidai təhsil haqqında mükəmməl milli qanun hazırlamalıyıq ki, ekoloji maarifləndirilmənin özünü ehtiva etsin. Bir neçə gün öncə şəhərimizə balina maketi qoyuldu. Bu isə sensasiya yaratdılar ki, Bakıda Xəzər dənizində balına var. Klassik üsulla könüllüləri yetişdirmək də mümkündür. Məsələn mənim kreativ təklifim budur ki, mən yayda çimərliyə getdikdə zibillikləri yığıram. Nəticədə digər insanlar da utanır və öz atdığı zibilləri və kənardaki zibilləri təmizləyirlər. Bunu kreativ təklifə aid etmək olar. Hər hansı bir tanınmış şəxsin mühit təmizliyinə atdığı addımları çəkib, sosial şəbəkələrdə paylaşmaq olar. Bu da kreativ təklifə aiddir. Hökumət bunu düşünür. Ekoloji şüuru artırmaq üçün səylər aparılmalıdır. Hər hansı şəxs yerə zibil atdıqda mən ona bildirirəm ki, “götür at bunu zəhmət olmasa” atmadıqda, mən götürüb zibil qabına atıram və utandırıram onu. Mənim fikrimcə, kreativ təklif həftəlik məsələn həftəsonları hər bir məktəb öz məktəblilərini yığıb məktəbətrafı və sinifləri təmizlədə bilər. Bu uşaqlarda ekoloji maarifləndirməni artırmağa ən mükəmməl addımdır.  Yaponlar məktəblərdə xadimələri saxlamırlar, nəticədə uşaq özü öz atdığını təmizləmiş olur. Uşaq əgər məktəbdə sinifini təmizləyəcəksə, o sosiallaşacaq o sosisal olaraq cəmiyyətə atılanda da çevrəni təmiz saxlamağa çalışacaq. Bizim ekoloji maarifləndirilmiş azyaşlılarımız olacaq”.

Ekoloji maarifləndirilmə, gələcək nəsillərin də təbiətin gözəlliklərindən istifadə edə bilməsi üçün hər birimizin öhdəsinə düşən əhəmiyyətli bir məsuliyyətdir. Hər kəsin, böyük və kiçik, gündəlik həyatında atdığı addımlarla daha təmiz bir mühit yaratmaq mümkündür.

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il