Elm və təhsil

Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru Nurlana Mustafayeva noyabrın 25-də Albaniya Respublikasının Tirana Universitetinin Tarix və Filologiya Fakültəsi Dilçilik kafedrasının Almaniya, Serbiya, İtaliya, Çexiya, Çin, Kosova, Türkiyə, Bolqarıstan, Şimali Makedoniya və Albaniyadan olan alimlərin iştirakı ilə “Albanologiyanın auditoriyaları – Alban dili mərkəzləri və departamentləri şəbəkəsinin yaradılmasına doğru” mövzusunda keçirdiyi beynəlxalq elmi konfransda “Azərbaycan Respublikası və Albaniya Respublikası arasında əməkdaşlıqda təhsilin rolu: mövcud vəziyyət və hədəflər” mövzusunda məruzə ilə çıxış edib.

Crossmedia.az xəbər verir ki, alim Azərbaycan və Albaniya arasında əməkdaşlığın qurulması və inkişafında Prezident İlham Əliyevin fəaliyyətindən, dil üzrə mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətindən bəhs edərək, alban dilinin Azərbaycanda, Azərbaycan dilinin Albaniyada tədrisinin önəmini vurğulayıb.

Balkan coğrafiyası ölkələrinin rəsmi dillərinin BSU-da tədris olunaraq mütəxəssislərin yetişdirilməsinin əsas hədəf olduğu xüsusilə qeyd olunub.

Nurlana Mustafayeva Tirana Universitetinin rektoru Prof.Dr. Artan Hoxha, Tarix və Filologiya fakültəsinin dekanı Prof.Dr. Mark Marku və Albanologiya kafedrasının müdiri Prof.Dr. Dhimitri Bello ilə görüşərək Azərbaycanda ilk dəfə olaraq BSU-da qurulan Balkanşünaslıq kafedrası haqqında məlumat vermiş, kafedranın əsas hədəflərindən, universitetdə təşkil olunmuş I Balkanşünaslıq tədqiqatları beynəlxalq elmi konfransından bəhs edib. bildirib ki, BSU-nun əsas hədəflərindən biri Balkan ölkələrindəki universitetlərlə əlaqələrin qurulmasıdır.

Rektor Prof.dr. Artan Hoxha Azərbaycanla Albaniya əlaqələrinin günümüzdə yüksələn xəttlə inkişaf etdiyindən bəhs edərək dil, mədəniyyət, ədəbiyyat, tarix baxımından töhfələr vermək üçün Tirana Universitetinin də Bakı Slavyan Universiteti ilə əlaqələrin qurulmasında maraqlı olduğunu, bundan ötrü nə lazımdırsa edəcəklərini bildirib. Vurğulayıb ki,  Azərbaycan mədəniyyəti, tarixi Albaniyada böyük maraqla qarşılanır, Azərbaycan Avropa qitəsində mühüm yer tutur və önəmli rol oynayır, Azərbaycan Albaniya üçün vacib ölkədir.

Konfransın yekununda alban dilinin dünyada yayılması, yeni kafedraların qurulması, alban dilinin tədrisinin təşkil edilməsi, ədəbi-mədəni əlaqələrin qurulması, yeni dil proqramlarının yazılması, konfrans, simpoziumların təşkili, web səhifənin qurulması, ortaq sillabusların, dərslik, dərs vəsaitləri və lüğətlərin hazırlanmasına dair ortaq memorandum imzalanıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il