Səhiyyə

BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndələri Naxçıvan Muxtar Respublikasında səfərdədirlər.

Crossmedia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfərin əsas məqsədi muxtar respublikada immunizasiya proqramının həyata keçirilmə səviyyəsini qiymətləndirməkdir.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov ilə UNICEF-in Azərbaycan nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva arasında görüş keçirilib. Görüş zamanı tərəflər regionda immunizasiya proqramlarının mövcud vəziyyəti, əhalinin vaksinasiya ilə əhatə olunma səviyyəsi barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və immunizasiya ilə bağlı gələcək addımların müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparılıb.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il