Nəqliyyat və rabitə

"Azərbaycan Dəmir Yolları" və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-lərlə Çinin Sian Limanı ilə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Crossmedia.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan Çinin Sian Beynəlxalq Liman İdarəetmə Komitəsinin Baş katibi Sun Yiminlə görüşdə baş tutub.

"Sevindiricidir ki, 24 noyabrda Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salındı", - deyə nazir qeyd edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il