İsrailin müdafiə naziri İsrael Katz İordaniya ilə sərhəddə hasarın tikintisini sürətləndirmək niyyətində olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə İsrail Ordusu Mərkəzi Komandanlığına səfəri zamanı bəyan edib və İranın ölkəyə qarşı şərq cəbhəsi yaratmaq cəhdləri fonunda təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.
"Biz bunu çox tez edəcəyik" deyən Katz, layihənin İsrailin müdafiə strategiyasının mühüm bir hissəsi olduğunu əlavə edib.
Gültac Mehdizadə