Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Çinlə bağlı şikayət edib.
Crossmedia.az AZƏRTAC-a istinadla xəbər verir ki, buna səbəb Pekinin Avropadan idxal edilən spirtli içkilərə oktyabrın 11-dən etibarən əlavə vergi tətbiq etməsidir. Bu addım Aİ-nin Çindən idxal edilən bəzi elektromobil modellərinə 35 faiz rüsum tətbiq edilməsinə cavab olaraq atılıb. Rəsmi Pekin bu məsələ ilə bağlı ÜTT-yə şikayət edib.
Təşkilatın şikayətlərə baxacağı tarix məlum deyil.