Texnologiya

Hindistanda "Google Maps" tətbiqi ilə yolu izləyən sürücü davamı olmayan körpüyə daxil olub. Hündürlükdən boşluğa düşən sürücü yanındakı iki nəfərlə birlikdə həyatını itirib.

Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, sürücü "Google Maps" tətbiqinin rəhbərliyi ilə Ramqanqa adlı çayın üzərindəki körpüyə girib. Lakin bu körpü sel nəticəsində dağılıb. "Google Maps"ə qeyd-şərtsiz etibar edən sürücü körpünün davamının olmadığını bilməyib və hündürlükdən boşluğa düşüb. Hadisədə avtomobildə olan 3 nəfər həyatını itirib.

Yerli əhalinin verdiyi məlumata görə, səlahiyyətlilər fəaliyyəti dayandırılan körpünün girişini bağlamamışdı. Ölənlərin ailələri bütün məsul şəxslərin məsuliyyətə cəlb edilməsi lazım olduğunu bildiriblər.
Qeyd edək ki, "Google Maps" daha əvvəl də oxşar xəbərlərlə gündəmə gəlmişdi. Daha əvvəl ABŞ-da ölümlə nəticələnən yol qəzası baş vermişdi və bunun nəticəsində "Google"a qarşı iddia açılmışdı.

Tərlan Əmrahova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il