Texnologiya

Əvvəllər "Zoom Video Communications" adlanan şirkət indi " Zoom Communications" adlanacaq.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra şirkət təkcə video konfrans proqramı deyil, iş platforması kimi də fəaliyyət göstərəcək. "Zoom" bu proses zamanı qanuni olaraq istifadə etdiyi adını da dəyişdirir.  Burada “Video” ifadəsinin silinməsi vacibdir. Bu dəyişikliklə "Zoom" onun sadəcə bir video konfrans proqramı olmadığını vurğulamağa çalışacaq.

Şirkətin baş direktoru Erik Yuanın verdiyi açıqlamaya görə, "Zoom" artıq süni intellektlə dəstəklənən iş platforması kimi xidmət edəcək. Bir neçə ay əvvəl süni intellektlə dəstəklənən köməkçi xidmətləri təklif etməyə başlayan "Zoom"un "Slack" və "Microsoft Teams" kimi platformalara ciddi rəqib olacağı gözlənilir.

Tərlan Əmrahova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il