Ədliyyə naziri Fərid Əhmədova ali xüsusi rütbə verilib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, nazirə III dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilib.
Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, bu ilin fevral ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.