Gələn il Qazaxın azad edilən dörd kəndində sərhəd zastavaları tikiləcək.
Crossmedia.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı, general-leytenant Araz Məmmədov deyib.
"Biz bu zastavanı burada müvəqqəti qurmuşuq. Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı kəndlərinin inşası, tikintisi başlanacaq.
Ondan sonra biz zastavalarımızı tikməyə başlayacağıq", - o qeyd edib.