Dünya xəbərləri

Çin Qəzzada törədilən hərbi cinayətləri əsas gətirərək, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verməsini dəstəklədiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Fələstin məsələsində həmişə ədalət və beynəlxalq hüququn tərəfdarı olduqlarını ifadə edərək, "Çin beynəlxalq ictimaiyyətin Fələstin məsələsində ədalətin təmin edilməsinə və beynəlxalq hüququn nüfuzunun müdafiəsinə töhfə verəcək bütün təşəbbüslərini dəstəkləyir",- dedi. 

İsrailin hücumu altında olan Qəzzada qarşıdurmaların və misli görünməmiş humanitar böhranın hələ də davam etdiyinə diqqət çəkən Lin, ən mühüm prioritetin təcili qeyd-şərtsiz atəşkəsin təmin edilməsi və humanitar böhranın aradan qaldırılması üçün tədbirlər görülməsi olduğunu bildirib.

Beynəlxalq humanitar hüquq da daxil olmaqla, mülki şəxslərə qarşı qanunu pozan hər cür hərəkəti qınadıqlarını vurğulayan Lin, “Ümid edirik ki, Beynəlxalq Cinayət Məhkəməsi obyektiv və ədalətli münasibət göstərəcək, qanuna uyğun olaraq üzərinə düşən vəzifəni yerinə yetirəcək,  beynəlxalq hüquqa sədaqətlə və eyni vahid standartla Roma Statusunu tətbiq edəcək", - ifadəsini işlətdi.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il