Putin Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi sənaye kompleksi və raket istehsalçıları ilə görüş keçirib.
Crossmedia.az Xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Putin “Oreşnik” orta mənzilli ballistik raketinin sınaqlarının uğurla keçdiyini, sınaqları davam etdirəcəklərini söyləyib.
Onun sözlərinə görə, Rusiyada “Oreşnik” kimi istifadəyə hazır sistemlər var, Rusiya Federasiyası təhlükəsizliyinə təhdidlərdən asılı olaraq, döyüş şəraitində də daxil olmaqla, ən son raketlərin sınaqlarını davam etdirəcək.