COP29

COP29 Sədrliyi hələ öz həllini tapmayan məsələlərə yekun düzəlişlər etmək üçün tərəflərlə işləməyə davam edəcək.

Crossmedia.az xəbər verir ki, bu barədə jurnalistlərə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev məlumat verib.

"Biz hələ də həll olunmamış məsələlərə son düzəlişlər etmək üçün tərəflərlə işləməyə davam edəcəyik. Bütün tərəfləri hədəfə çatmağa təşviq edərək, bu konfransın nəticəsinin mümkün qədər iddialı olmasını təmin etməyə çalışacağıq", - o bildirib.

Y.Rəfiyev qeyd edib ki, sədrliyin fikrincə, 250 milyard ABŞ dolları məbləğində illik maliyyələşmə ədalətli və iddialı məqsədə uyğun deyil, lakin tərəflərlə qarşılıqlı fəaliyyət davam etdiriləcək.

"Biz bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirir və irəliləyiş əldə olunacağına ümid edirik. Tərəflər məbləği hələ nəzərdən keçirəcəklər və yekun razılaşma əldə edildikdən sonra şərh verə biləcəyik", - o vurğulayıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il