Polşa Baş naziri Rusiya ilə bağlı xalqa müraciət edib.
Bu barədə Crossmedia.az Xarici mediaya istinadən xəbər verir.
Nazir, bildirib ki, Rusiya Ukraynaya ərazisinə dünən endirdiyi raket zərbəsi ilə Avropanın təhlükəsizlik arxitekturasına növbəti dəfə "meydan oxudu”. Tusk Putinin dünən çıxışında başda Polşa olmaqla, Avropanı yeni zərbələrlə təhdid etdiyini bildirib, Rusiyanın birbaşa Polşa ərazisinə zərbələr endirə biləcəyini sőyləyib: “Mən vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, biz III Dünya Müharibəsinin astanasındayıq”.
Baş nazir, Rusiya prezidentini təhlükəli nüvə şantajı və qadağan edilmiş raket zərbəsi ilə NATO-nun şərq sərhədlərində təhlükəsizliyə qarşı həmlə etməkdə ittiham edərək, Ukraynaya dəstəklərini davam etdirəcəklərini bildirib: “Polşa Ukraynaya dəstəyə davam edəcək...
Mən bir daha bəyan edirəm ki, Polşa vətəndaşlarımızın təhlükəsizliyi üçün müttəfiqlərlə təmaslara davam edir. Polşaya müdaxilə NATO-ya müdaxilə demək olacaq”.