Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Rəhbərlər Şurasının qəbul etdiyi anti-İran qətnaməsinə cavab olaraq, İran uranın zənginləşdirilməsi üçün çoxlu sayda yeni sentrifuqları istismara vermək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatının birgə bəyanatında deyilir.
Noyabrın 21-də qəbul edilən qətnamədə İran BAEA ilə əməkdaşlığın olmamasına görə tənqid edilir və Tehran agentliklə qarşılıqlı əlaqələri yaxşılaşdırmağa çağırılır.