"Ukraynadakı silahlı münaqişə həlledici mərhələyə qədəm qoyur".
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Donald Tusk Rusiya-Ukrayna müharibəsində son yaşananlara münasibət bildirərkən söyləyib.
Tusk eyni zamanda “qlobal münaqişə” təhlükəsini gördüyünü də bildirib: "Hamımızın düşdüyü vəziyyətlə bağlı bir neçə söz deməmək mənim üçün çətindir. Çünki bu, tarixi vəziyyətdir. Şərqdəki müharibə həlledici mərhələyə qədəm qoyur. Bunu hamımız bilirik".