İranın Ermənistandakı səfirliyinin əməkdaşlığı və maliyyə dəstəyi ilə İrəvanda və ölkənin bir çox bölgələrindəki məktəblərdə fars dilinin təliminə və təbliğatına xüsusi diqqət yetirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “İranşünaslıq – Tehran Universiteti” adlı “X” hesabı videoçarx paylaşıb.
Videoçarxda İranın Ermənistandakı səfirliyinin yardımı ilə İrəvanda əsaslı təmirdən çıxan məktəbin fars dili sinfi nümayiş etdirilib. İranın İrəvandakı səfiri Mehdi Sübhaninin açıqlamasına görə, hazırda Ermənistanın 21 orta məktəbində fars dili xarici dil kimi tədris olunur və fars dilini öyrənən erməni şagirdlərin ümumi sayı 3800-dən çoxdur.