Səhiyyə

Artıq çəki xanımlar və bəylərin qarşılaşdığı  əsas problemlərdən biridir. Bu problemdən azad olmaq üçün onlar müxtəlif üsullardan istifadə edirlər. Çaylar, kofelər, dietik onlayn satılan yeməklər və digər vasitələrlə insanlar qısa zamanda kilo atacaqlarını düşünürlər amma öz sağlamlıqlarını düşünmürlər.

Sağlam şəkildə kilo verməyin yollarını dietoloq Lalə Yaqubova Crossmedia.az-a açıqlayıb:

"Artıq çəkidən əziyyət çəkən insanlar  çəki atmaq üçün mütləq mütəxəssisə müraciət etməlidirlər. Ev şəraitində arıqlamaq üçün isə daha düzgün yollardan istifadə etməlidirlər.Məsələn, "aralıqlı oruc"-dan  istifadə edə bilərlər. Bu üsul  hamilə və yaxud xüsusi xəstəliyi olan insanlar üçün zərərlidir. Onlar mütləq həkimləri ilə danışmalıdırlar. İnsanlar yedikləri yeməklərin porsiyasını çox az azaldıb, gəzintilərini, enerji istifadəsini bədəndə artıraraq çəki itirə bilərlər. Yetərli zülal istifadəsinə fikir vermək də vacib məsələdir. Günlük süd, qatıq,  yumurta, pendir, ət, balıq, toyuq istifadəsini düzgün bölərək, şirniyyat, şəkərli məhsulları, artıq porsiya ilə meyvə  və çörək yeməyi azaldaraq çəki ata bilərlər".

Dietoloq çəki atmaq üçün istifadə olunan digər zərərli  üsulların orqanizmdə ciddi problemlər yaratdığını qeyd edib:
"Çəki atmaq üçün istifadə olunan zərərli   üsullara xüsusi şokoladlar,kofelər və çaylar daxildir. Bunlar bədənizmə zərər verir, qaraciyər,  böyrək, mədə-bağırsaq sistemində ciddi problemlər yaradır. Digər zərərli vasitələrdən biri də  sağlam, təbii bildiyimiz bitkilərdir. Məsələn, sinameki çayı, yaşıl çay kimi məhsullar. Belə bitkilərdən həddən çox istifadə də  bədənimizə mənfi təsir göstərir. Bütün günü ac qalmaq və yediklərinin tərkibini bilmədən, balanslı olmadan gündə bir dəfə əsas yeməklə qidalanmaq çəki atdırmır. Mən bütün günü aclıq edirəm bir dəfə yeyirəm və  yediyim zamanda  yeməyimin balansını düzgün qurmuramsa bu  orqanizmə yenə ciddi zərər verir".
 
Zeynəb Mustafazadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il