Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin tənzimlənən qiymətlərə daxil edilməsi nəzərdə tutulur.
Crossmedia.az Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.
O qeyd edib ki, yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacağı gözlənilir.
“Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”, - deyə o əlavə edib.