Dünya xəbərləri

Dünən Norveç polisi Oslo şəhərində ABŞ səfirliyinin mühafizəçisinin İran və Rusiyaya casusluq etməkdə şübhəli bilinərək həbs edildiyini açıqlayıb.

Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, saxlanılan şəxs 20 yaşlı Norveç vətəndaşı olub. Norveç polisi külli miqdarda rəqəmsal məlumatları ələ keçirib və geniş araşdırma aparıb, ancaq hansı məlumatların paylaşıldığını hələ açıqlamayıb.

Bildirilib ki, gənc səfirlikdə mühafizəçi işləyirmiş və diplomatik nümayəndəliklər üçün təhlükəsizlik xidmətləri göstərən şirkətlə əlaqəli olub. Saxlanılan şəxsin vəkili Yan Kristian Elden də müvəkkilinin Rusiya və İran kəşfiyyatçıları ilə əlaqə saxladığını vurğulayıb.

Qeyd olunub ki, Rusiya və İran hələlik bu məsələyə münasibət bildirməyib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il