Gündəm

Şotlandiya parlamentinin qəbul etdiyi qətnamə, iqlimlə bağlı fəaliyyətlərin xalqlar arasında sülh və əməkdaşlıq üçün körpü rolunu oynaya biləcəyini vurğulayır. Qətnamədə həmçinin, “COP atəşkəs” təşəbbüsünə dəstək ifadə edilir və dünyanın müxtəlif bölgələrində hərbi əməliyyatların dayandırılması çağırışı edilir. Azərbaycanın yüksək səviyyədə keçirdiyi COP29 tədbiri isə beynəlxalq iqlim müzakirələri üçün həlledici mərhələ kimi dəyərləndirilir. Qətnamədə Azərbaycanın qlobal iqlim böhranı ilə mübarizədə təşəbbüskarlıq və liderlik mövqeyi xüsusi vurğulanır.

Mövzu ilə bağlı deputat Aydın Mirzəzadə Crossmedia.az-a verdiyi açıqlamada bildirib:

"Azərbaycan təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq tədbirlərdə daim sülh tərəfdaşı kimi çıxış edir. Biz bunu Azərbaycanın Qoşulmama Hərəkatına başçılıq etdiyi 4 ildə də gördük. Həmçinin COP29 tədbirində də münaqişələrin sülh yolu ilə həll edilməsi və münaqişələrin dayandırılması çağırışları edildi. Şotlandiya parlamentinin Azərbaycanın təşəbbüsünə müsbət qiymət verməsi ondan irəli gəlir ki, artıq dünya Azərbaycanın sülh çağırışlarını eşidir. Konfransın keçirildiyi 10 gündən artıq müddətdə önəmli məsələlər gündəmə gətirilmiş, qonaqlar Azərbaycanı daha yaxından tanımış, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə verdiyi töhfələri görmüşlər. Düşünürəm ki, Azərbaycan bundan sonra da sülh təşəbbüsləri ilə çıxış edəcək və dünyada sülhün bərqərar olmasına maksimum dəstək verəcək".

COP29 tədbiri Azərbaycanın qlobal miqyasda həm iqlim dəyişikliyi ilə mübarizə, həm də sülh təşəbbüsləri sahəsindəki liderliyini bir daha nümayiş etdirdi. Şotlandiya parlamentinin qəbul etdiyi qətnamə, Azərbaycanın bu sahədəki töhfələrinin beynəlxalq səviyyədə tanındığını göstərir.
Azərbaycanın təşəbbüsləri yalnız iqlimlə bağlı müzakirələrlə məhdudlaşmır, eyni zamanda münaqişələrin həlli və sülhün bərqərar olması üçün mühüm çağırışlar edir. Bu, ölkənin beynəlxalq münasibətlərdə sülhpərvər tərəfdaş kimi qəbul olunmasını daha da gücləndirir. Gələcəkdə də Azərbaycanın iqlim və sülh sahələrində fəal rol oynayaraq, qlobal problemlərin həllinə mühüm töhfə verməsi gözlənilir.
Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il