Bu gün COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Crossmedia.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.
"Tərəflər arasında strateji tərəfdaşlıq Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı hədəflərinə töhfə vermək məqsədi daşıyır. Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur", - deyə məlumatda qeyd olunub.