Paris Olimpiya Oyunlarında gümüş medal qazanan Yusuf Dikeç, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadaya iddialıdır. O, bu Olimpiadada qızıl medal qazanmağı hədəflədiyini açıqlayıb.
Dikeç 2028-ci il Los Anceles Olimpiadasına hazırlaşacağını və qızıl medal qazanmağı hədəflədiyini bildirib: “Həyat bir mübarizə və yarışdır. Allahın köməyi ilə 2028-ci ildə Los-Anceles Olimpiadasına hazırlaşacağıq və qızılı alacağıq. Bu 4 ildə çox şey itirdik, amma yarışmalarda çox yaxşı reaksiyalar oldu. İdmanın dünya miqyasında inkişaf etməsi məni çox sevindirir. Müdirlərimdən bəziləri zəng edib deyirlər ki, ‘Yusuf, hər gün 30 ailə gəlir, uşaqlarını çəkilişə göndərmək istəyirlər.’ Bunlar məni və ölkəmi çox qürurlandırır və sevindirir”.
Səbinə Vahidova