Dünən Tehranda səfərdə olan Suriyanın xarici işlər naziri Bessam əs-Sabbaq İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf ilə görüşüb.
Crossmedia.az İSNA-ya istinadla xəbər verir ki,görüşdə ikitərəfli münasibətlər, ölkələr arasında əməkdaşlıq məsələləri, o cümlədən Yaxın Şərqdə, xüsusilə Qəzza zolağı və Livanda gərginliyin artması müzakirə edilib.
Qalibaf vurğulayıb ki, “İŞİD-in mövcud olduğu çətin günlərdə İran Suriyanın yanında olub və bu gün də İran Suriya və Livanın yanındadır və bu yolu davam etdirəcək”.