“Əslində bu gün davam edən müharibələrin təməli Donald Trampın dövründə qoyulmuşdu”. Bu sözləri Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:
“Məsələn, Rusiya-Ukrayna müharibəsinin passiv mərhələsi – CIA-nin əməliyyatları, bölgədəki digər fəaliyyətlər, həmçinin NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsinin sürətləndirilməsi də D.Tramp dövründə baş verib. Eyni zamanda, ABŞ Trampın dövründə Qüdsü İsrailin paytaxtı kimi tanımışdı, işğal olunmuş və uzun illərdir mübahisəli sayılan Colan təpələrinin İsrailə verilməsi barədə qərar qəbul etmişdi.
İstənilən halda, kimin prezident seçilməsindən asılı olmayaraq, onlar ABŞ siyasi sisteminin qərarlarını yerinə yetirirlər. Ümumiyyətlə, böyük və uzunmüddətli savaşların planları razılaşdırılır, hazırlanır və icra edilir. Əvvəlki dövrlərlə müqayisədə hətta nəticələri də əvvəlcədən bəlli olur”.
E.Səftərov həmçinin qeyd edib ki, D.Trampın kabineti və daxili komandasının əksəriyyəti kəşfiyyat və hərbi keçmişi olan, anti-müsəlman, anti-türk, ermənipərəst və israilpərəst mövqeyə malik şəxslərdən təşkil olunub.
Günəş