CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Xarici siyasət

16:30 09.10.2026

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq - Rəy

109

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə siyasi dialoqun genişlənməsi ilə yanaşı, iqtisadi və strateji əməkdaşlığın dərinləşməsi ilə də səciyyələnir. Qarşılıqlı ticarət dövriyyəsinin artması, investisiya əlaqələrinin genişlənməsi, nəqliyyat-logistika imkanlarının inkişafı və enerji sahəsində əməkdaşlıq Azərbaycanın regiondakı mövqeyini gücləndirən əsas istiqamətlərdəndir. Xüsusilə Xəzər dənizi üzərindən bağlantıların genişləndirilməsi və Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanı Asiya ilə Avropa arasında mühüm nəqliyyat və ticarət qovşaqlarından birinə çevirir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət çərçivəsində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın regional əməkdaşlıq gündəliyində xüsusi yer tutur. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə dövlət başçısının iştirakı da bu münasibətlərin strateji əhəmiyyətini bir daha önə çıxarıb. Görüş region ölkələri arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və ortaq maraqlara əsaslanan yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR