CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Vüqar

17:07 08.11.2026

Vüqar Rəhimzadə: Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir

121

Hərbi-siyasi qalibiyyət olmaqla yanaşı, milli iradənin, sarsılmaz birliyin, tarixi ədalətin ən uca zirvəsi kimi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününün 6-cı ildönümünü böyük qürur və fəxrlə qeyd edirik. Bizə bu qüruru yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, əziz şəhidlərimizə, qazilərimizə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Qanları, canları ilə tarix yazan qəhrəmanlarımızın xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Tarixi Zəfərimizin, onun yol açdığı bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlar fonunda Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan yeni dövrə qədəm qoyaraq gələcəyə inamla addımlayır. Azad edilmiş bütün ərazilərimizdə üçrəngli Bayrağımızın dalğalanması tarixi Zəfərimizin ən böyük rəmzidir. Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümü münasibətilə noyabrın 8-də Xankəndidən Azərbaycan xalqını təbrik etməsi tarixi günün siyasi və mənəvi mahiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə separatizmin mərkəzi olan Xankəndi bu gün Azərbaycanın dövlət suverenliyinin, milli birliyinin və tarixi Zəfərinin təntənəsini nümayiş etdirir. Təbrikdə artıq tarixin arxivinə atılmış separatçı rejimin vaxtilə yerləşdiyi binanın gələcək taleyi ilə bağlı açıqlama da xüsusi diqqət çəkir. Vaxtilə separatçıların fəaliyyət göstərdiyi həmin binada son tamamlama işlərindən sonra Zəfər Muzeyi fəaliyyət göstərəcək. Prezident İlham Əliyev qeyd etdi ki, “O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək”. Azərbaycan xalqına qarşı cinayətlər törətmiş hərbi cinayətkarların bu gün Bakı həbsxanalarında öz layiqli cəzalarını çəkmələri isə tarixi ədalətin bərpasının digər mühüm göstəricisidir.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər