CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Ayı

20:28 26.10.2026

Azərbaycan BMT-də nüvə silahlarının aradan qaldırılmasını vurğulayıb

57

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində Silahsızlanma Mexanizmi üzrə tematik müzakirə zamanı Azərbaycanın bəyanatında atom enerjisinə nəzarət, eləcə də nüvə silahlarının ləğvi məsələlərini əhatə edən ilk qətnamə qabardılıb. Crossmedia.az xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov bəyanatla çıxış edərək silahsızlanmanın BMT-nin yarandığı gündən etibarən təşkilatın əsas prioritetlərindən biri olaraq qaldığını vurğulayıb. "Bunu Baş Assambleyanın 1946-cı ilin yanvarında qəbul edilmiş və atom enerjisinə nəzarət, eləcə də atom silahlarının ləğvi məsələlərini əhatə edən ilk qətnaməsi də təsdiq edir. Son səkkiz onillik ərzində çoxtərəfli silahsızlanma səyləri beynəlxalq sülh və təhlükəsizlik üçün risklərin azaldılmasına yönəlmiş mühüm beynəlxalq sazişlərin və mexanizmlərin hazırlanmasına töhfə verib", - o bildirib və əlavə edib ki, bununla belə, artan geosiyasi gərginliklər, dövlətlər arasında davam edən fikir ayrılıqları və qarşılıqlı etimadın azalması çoxtərəfli silahsızlanma forumlarında irəliləyişə mane olur və mahiyyət etibarilə vacib məsələlər üzrə konsensusa nail olmağı getdikcə çətinləşdirir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR