CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Ər-Riyad Kral Xalid Beynəlxalq Hava Limanı

16:41 13.10.2026

Misirdən Tehrana açıq mesaj: Hücumlara bəraət yoxdur!

54

Misirin xarici işlər naziri Bədr Əbdülati Səudiyyə Ərəbistanı ərazisinə yönəlmiş bütün hücumların dərhal dayandırılmasına çağırıb. Crossmedia.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bədr Əbdülati iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Tərəflər regionda baş verən son hadisələri, artan gərginliyi və vəziyyətin diplomatik yollarla sabitləşdirilməsi imkanlarını müzakirə ediblər. Misirin xarici işlər naziri Səudiyyə Ərəbistanına qarşı hücumların qəbuledilməz olduğunu vurğulayıb. “Bu hücumlara heç bir bəraət qazandırmaq olmaz və onlar qəbuledilməzdir”, – deyə nazir bildirib. Əbdülati qeyd edib ki, regionda hərbi gərginliyin artması təkcə Yaxın Şərq ölkələrinin deyil, daha geniş coğrafiyanın təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərir. Nazir siyasi və diplomatik həll yollarına üstünlük verilməsinin vacibliyini vurğulayaraq İran və ABŞ arasında danışıqların bərpasına çağırıb. Onun sözlərinə görə, mövcud fikir ayrılıqlarının aradan qaldırılması və regionun daha böyük qarşıdurmaya sürüklənməsinin qarşısının alınması üçün əsas yol diplomatiyadır. İranın “Fars” xəbər agentliyi də telefon danışığını təsdiqləyərək tərəflərin Yəməndəki vəziyyət və regional gərginliyin azaldılması istiqamətində diplomatik təşəbbüsləri müzakirə etdiklərini bildirib. Xatırladaq ki, Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı bazar günü birgə bəyanat yayaraq husilərin hücumlarını pisləyib və Ər-Riyadın təhlükəsizliyini təmin etmək üçün gördüyü tədbirlərə dəstək ifadə ediblər. Bəyanat Səudiyyə Ərəbistanının paytaxtındakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumdan sonra yayılıb. Verilən məlumata görə, həmin hücum nəticəsində 13 nəfər həlak olub, 309 nəfər yaralanıb. Qeyd edək ki, son günlər Səudiyyə Ərəbistanının hava limanları və mülki infrastrukturu bir sıra hücumlara məruz qalıb. Husilərlə hərbi qarşıdurmanın yenidən kəskinləşməsi regionda təhlükəsizliklə bağlı narahatlığı artırıb. Yəməndə silahlı münaqişə 2014-cü ilin sentyabrında husilərin paytaxt Sənanı və bir sıra digər əraziləri nəzarətə götürməsindən sonra dərinləşib. 2015-ci ilin martında isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək məqsədilə hərbi müdaxiləyə başlayıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR