CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Ümit Özdağ

21:45 14.10.2026

Ümit Özdağ: Azərbaycan-Türkiyə qardaşlığı qorunmalıdır

98

Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycanın İsraillə əlaqələri və Türkiyədə Azərbaycan əleyhinə səsləndirilən fikirlər iki ölkə arasında qarşılıqlı hörmət və müttəfiqlik məsələsini yenidən gündəmə gətirib. Türkiyədə Azərbaycanın suveren xarici siyasət qərarlarına hörmətlə yanaşılması, Qarabağ müharibəsində qələbənin Azərbaycan xalqına və ordusuna məxsusluğunun qəbul edilməsi, eləcə də Azərbaycan əleyhinə təhqiramiz paylaşımlara hüquqi münasibət göstərilməsi ilə bağlı çağırışlar səsləndirilib. Türkiyənin Zafer Partiyasının sədri Ümit Özdağ Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycanın İsraillə əlaqələri və Türkiyədə Azərbaycan əleyhinə səsləndirilən fikirlərlə bağlı Media-ya açıqlama verib. Özdağın sözlərinə görə, Azərbaycanın İsraillə münasibətlərinə görə tənqid edilməsi ədalətli yanaşma deyil: “Azərbaycanı İsraillə münasibətlərinə görə tənqid etmək haqqımız olmadığı kimi, bu, haqlı bir tənqid də deyil. Azərbaycanın suveren dövlət olaraq İsraillə münasibətlərinin öz səbəbləri var və bu münasibətlər Azərbaycan baxımından da əsaslandırıla bilər. Azərbaycan xalqı Türkiyənin Fələstinə yaxın siyasətinə görə ‘Qardaş Türkiyə niyə Fələstinə bu qədər yaxındır?’ deyə soruşmadığı halda, bizim İsraillə münasibətlər üzərindən Azərbaycanı günahlandırmağımız ədalətlə uzlaşmır”.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR