İqlim dəyişikliyi ilə mübarizədə keyfiyyətli təhsilin bütün səviyyələrə inteqrasiyası böyük əhəmiyyət daşıyır.
Crossmedia.az Modern-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü” mövzusunda müzakirədə deyib. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə elm və təhsilin rolu mühümdür.
Nazir vurğulayıb ki, orta təhsil səviyyəsindən ali təhsil proqramınadək iqlim mövzuları təhsil proqramlarımıza daxil edilib.
Emin Əmrullayev erkən yaşlardan tədris olunan iqlim təhsilinin şagirdlərə planetin qorunmasında öz rolunu dərk etməyi öyrətdiyini söyləyib. Nazir iqlim dəyişikliyi sahəsində müəllimlərin hazırlığının gücləndirilməsi istiqamətində görülən işlərin artırılmasının vacibliyini vurğulayıb.