Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 6-da Balakən şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Crossmedia.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki və Oğuz sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri noyabrın 27-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.