Beynəlxalq Cinayət Məhkəməsi Netanyanu və sabiq müdafiə naziri Yoav Qallantın həbsinə order verib. Onlar insanlığa qarşı hərbi cinayətlər törədilməsində günahlandırırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə məhkəmənin yaydığı məlumatda qeyd olunub.
Bununla yanaşı, HƏMAS-ın hərbi qanadının komandanı Məhəmməd Əd-Deyfin də həbsinə order verilib.
İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Məhkəmə bu qərarı verməklə özünü yəhudi dövlətinə qarşı aparılan “müharibənin tərəfinə” çevirir:
"Bu gün Beynəlxalq Cinayət Məhkəməsi İran rejiminin İsrailə qarşı başlatdığı regional müharibənin tərəfini tutaraq, İsrailin təqdim etdiyi sübut və arqumentlərə məhəl qoymamağa qərar verdi".