Gündəm

Noyabrın 19-da Azərbaycan Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib. 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində inkişaf edən iddia sənədi üçün artıq bu son məqam hesab olunur. Səbəb isə, Azərbaycanın öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasıdır ki, qarşı tərəf də məhz bu baxımdan təzminat ödəməlidir.

Belə bir məqamda isə, sual doğur:

Haaqada Azərbaycanın Ermənistandan təzminat tələbi icra olunacaqmı?

Crossmedia.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Sultan Zahidov qeyd edib ki, hələ ötən ilin fevralın 27-də Azərbaycan Ermənistanı ölkəmizə qarşı həyata keçirdiyi enerji terroru, alternativ enerji mənbələrini istismar etdiyi üçün Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsinə şikayət etmişdi:

"Bildiyimiz kimi, 30 illik işğal dövründə Ermənistan Azərbaycan torpaqlarındakı alternativ su mənbələrini qanunsuz şəkildə istismar edib, ölkəmizin sözügedən mənbələrə çıxışına icazə vermirdi və bu da bizə qarşı tərəfə iddia qaldırmağa əsas verir. Diqqət etmək lazımdır ki, Azərbaycan və Ermənistan 1991-ci il dekabrın 17-də Haaqada keçirilmiş Avropa Birliyinin zirvə toplantısında imzalanmış "Beynəlxalq Enerji Xartiyası" nın üzvləridir. Bu Xartiyada, iki dövlətin və ya qurum arasında olan enerji ilə bağlı problemlər, həlli mexanizmi öz əksini tapır. Belə bir prosesə artıq Azərbaycanın müraciəti ilə Haaqada "Start" verilib və hakimlərin bu istiqamətdə qərarı gözlənilir. Ümid olunandır ki, sözügedən qərar özündə obyektivliyi və ədalətliliyi əks etdirəcək. Lakin hər bir hal gözləniləndir. Çünki Qərbin bəzi dairələrində Erməni təsiri mövcuddur, belə bir təsir ilə də qeyri-obyektiv nəticələr ortaya çıxa bilir. Bunun dəfələrlə də şahidi olmuşuq və bu baxımdan da Haaqa Məhkəməsinin şəffaf, obyektiv qərar qəbul etməsi indiki halda bir müəmmadır".

Qərarın Ermənistan-Azərbaycan münasibətlərində roluna gəlincə isə, politoloq əlavə edib ki, Azərbaycan özünün beynəlxalq hüquqi normalarla təsbit olunmuş haqqını qoruyur, təmin olunmasına çalışır və bu haqq da lazımi şəkildə alınmalıdır:

"Ermənistanın ölkəmizə qarşı olan belə bir enerji terroru qəbuledilməzdir. Bu baxımdan da, qarşı tərəf tələb olunan təzminatı ödəməlidir. Belə bir məqamda sülh sazişi mövzusunu da qeyd etmək lazımdır. Belə ki, burada hər iki ölkə arasında iddia sənədlərinin dayandırılması bəndlər sırasında yer alır və tərəflər arasında sözügedən saziş imzalanarsa, bu tip məsələlərin də həll olunması gözləniləndir".

Aytac Kərimova 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il