COP29

Azərbaycanda keçirilən COP29 konfransı öz işini yekunlaşdırdı. İqlim dəyişikliyi ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi və sülh quruculuğu istiqamətində mühüm qərarların qəbul edildiyi konfrans, Azərbaycanın beynəlxalq arenadakı liderliyini bir daha nümayiş etdirdi. Bu tədbir öz xələflərindən müəyyən qədər fərqlənir belə ki, bu tədbirdə sadəcə iqlim dəyişikliyi və qlobal ekoloji problemlər deyil həm də maliyyə məsələsi, maliyyənin bütün dövlətlər arasında bərabər paylaşdırılması, kiçik dövətlərə yardım təşəbbüsləri də irəli sürüldü. COP29 başlamazdan əvvəl Bakıda keçirilən beynəlxalq tədbirlərdə də dünyaya önəmli mesajlar verilmiş və sülh çağırışları edilmişdi. Dünya əhəmiyyətli bu tədbiri siyasiləşdirənlər və boykot etmək istəyənlər də oldu ki, heç bir şey əldə edə bilmədilər və bu tədbir ən yüksək səviyyədə Azərbaycan tərəfindən keçirildi. Həmçinin Azərbaycan bu tədbirdə öz milli dəyərlərini, mədəniyyətini və ölkəmizin gözəl guşələrini daha yaxşı tanıtmaq üçün geniş imkan qazandı. Tədbir başa çatdı. COP29 tədbirinin yekunu olaraq bunları sıralaya bilərik:

COP29-un əsas nailiyyətləri

"COP Atəşkəs" təşəbbüsünə dəstək:

COP29 çərçivəsində irəli sürülən "COP Atəşkəs" təşəbbüsü iqlim dəyişikliklərinin yaratdığı təhdidlər fonunda münaqişələrin dayandırılmasına yönəlib. Ümumiyyətlə müharibələrin də iqlimə vurduğu zərərlər sadalanaraq sülh çağırışları edildi. Bu təşəbbüs münaqişə bölgələrində iqlim tədbirlərinin həyata keçirilməsi və sülhün təşviqi üçün mühüm platforma olaraq qiymətləndirildi. Şotlandiya parlamentinin bu təşəbbüsə dəstək ifadə etməsi dünya ictimaiyyətində böyük əks-səda doğurdu.

Azərbaycanın rolu və yardımları:

Azərbaycanın tədbirdəki rolu və mövqeyi danılmazdır. Azərbaycan Prezident İlham Əliyev çıxışında Azərbaycanın iqtisadi cəhətdən zəif inkişaf etmiş və kiçik ada dövlətlərinə davamlı dəstək göstərəcəyini vurğuladı. Azərbaycanın bu mövqeyi bu tədbirə xüsusi deyildi. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində 20-dən çox ada dövlətinə və 80-dən çox ölkəyə yardım etmişdi. Həmçinin müharibə şəraitində olan dövlətlərə daim humanitar yardımlar göstərmişdir. Bu tədbirdə də Azərbaycan iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlətlərə yardım məsələsini önə çəkdi. Bu çərçivədə kiçik ada dövlətlərinə yönəlik əlavə 10 milyon dollar vəsaitin ayrılması beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi.

İqlim siyasətində regional əməkdaşlıq:

Sülh təşəbbüsləri iqlim mövzuları ilə birləşdirilərək regional sabitliyə nail olmaq üçün yeni yollar axtarıldı. Tədbirdə COP29 çərçivəsindən kənar görüşlər də keçirildi ki, bu görüşlər siyasi sabitliyə nail olmaq və iqtisadi əlaqələri gücləndirmək məqsədi güdürdü.

Qlobal iqlim hədəfləri:

2050-ci ilə qədər karbon neytrallığı hədəflərinə çatmaq üçün konkret tədbirlər müəyyən edildi. Davamlı enerji mənbələrinin genişləndirilməsi və təbii resursların qorunması kimi qərarlar konfransın əsas nailiyyətlərindən oldu.

Kiçik ada dövlətlərinə Azərbaycanın xüsusi dəstəyi:

Konfransda kiçik ada dövlətlərinin üzləşdiyi problemlər xüsusi müzakirə mövzusu oldu. Bu dövlətlər iqlim dəyişikliklərindən ən çox təsirlənən bölgələrdə yerləşir və dəniz səviyyəsinin yüksəlməsi, iqtisadi zəiflik, iqlim qaçqınları kimi problemlərlə üzləşirlər.

Azərbaycanın dəstəyi:

•    Maliyyə yardımları: Azərbaycan, BMT layihələri çərçivəsində kiçik ada dövlətlərinə 10 milyon dollar ayırıb. Bu yardımlar su resurslarının qorunması və ekoloji layihələrin həyata keçirilməsinə yönəldilib.

•    Texniki dəstək: Azərbaycan, təmiz enerji texnologiyalarını və dayanıqlı inkişaf təcrübələrini kiçik ada dövlətlərinə təqdim etməyi təklif edib. Həmçinin toplanan maliyyə vəsaitindən ada dövlətləri də payına düşən dəstəyi alacaqlar.
•    Beynəlxalq müdafiə:

Prezident İlham Əliyev çıxışında bu dövlətlərin müstəmləkə siyasətindən və ekoloji fəlakətlərdən əziyyət çəkdiyini vurğuladı. Həmçinin bu dövlətlərin müstəmləkədən əziyyət çəkdikləri önə çəkilərək bu şəraiti yaradan Fransa qınandı. Fransa tərəfindən aparılmış 193 nüvə sınağının ekoloji nəticələri də buna nümunə kimi göstərildi.

Kiçik ada dövlətlərinin iqtisadi asılılıqdan xilas olması və dayanıqlı inkişaf üçün Azərbaycanın səyləri gələcəkdə də davam edəcək.

Şotlandiya parlamentinin qətnaməsi və sülh mesajı:

COP29 çərçivəsində Şotlandiya parlamentinin qəbul etdiyi "COP Atəşkəs Təşəbbüsü" sülh və əməkdaşlıq üçün vacib bir çağırış oldu. Qətnamədə COP29-un Azərbaycan və Ermənistan arasında dostluq və əməkdaşlıq üçün əlamətdar hadisə olduğu vurğulandı. COP29 un Azərbaycanda yüksək səviyyədə keçirilməsi bütün bunlara şərait yaratdı. İştirak edən 196 dövlətdən 72.000 nümayəndə və qonaqlar Azərbaycandan bütün mənalarda razılıqla ayrılırlar.

Yekun və perspektivlər:

COP29, həm qlobal ekoloji problemlərin həllinə, həm də sülh quruculuğuna yönəlik ciddi addımların atıldığı bir tədbir oldu. Kiçik ada dövlətlərinə ayrılalan diqqət və "COP Atəşkəs" təşəbbüsü dünya ictimaiyyətinə mühüm mesajlar verdi.

Azərbaycan, bu konfrans vasitəsilə iqlim siyasətində qlobal liderliyini bir daha təsdiqlədi. Gələcəkdə həm kiçik ada dövlətləri, həm də regional sülh təşəbbüsləri üçün bu tədbir əhəmiyyətli bir mərhələ kimi xatırlanacaq. Xatırlanacaq ən önəmli nüanslar isə prezident İlham Əliyevin beynəlxalq sülhə və sabitliyə , beynlxalq ədalətə yönəlmiş önəmli çıxışları olacaq ki, bu tədbir  Azərbaycanın dünya siyasətində olan önəmli mövqeyini dünyaya bir daha nümayiş etdirdi.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il