ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə təyin etdiyi Mayk Uolz Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verməsinə münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsi inandırıcı deyil, Netanyahu və Qallanta qarşı bu ittihamlar ABŞ hökuməti tərəfindən rədd edilib:
"İsrail qanuni olaraq öz xalqını və sərhədlərini soyqırım terrorçularından qoruyub. Siz yanvar ayında BCM və BMT-nin antisemit qərəzinə güclü cavab verəcəyimizi gözləyə bilərsiniz".
Xatırladaq ki, israilli rəsmilərin “Qəzza zolağında hərbi cinayətlərə görə” həbsinə order verilib.